3-cü mikrorayon dairəsi –Neptun market Unibankla Bank Of Baku yaxinligi tam təchizatlı restoran icarəyə verilir.
Restoran 3 geniş zal, 7 kabinet, 4 sanitar qovşaq, 50 kv.m mətbəx, bar, rəhbər ofisi, anbar və personal zonasından ibarətdir. Obyekt tam təmirlidir və müxtəlif konseptlərdə iaşə fəaliyyəti üçün tam hazır vəziyyətdədir.
Restoran bütün zəruri avadanlıqlarla təchiz olunub. Buraya 2 müsbət kameralı soyuducu, 3 mənfi soyuducu, bar soyuducusu, 2 R-kiper, 36 müşahidə kamerası, 2 böyük monitor, televizorlar, yeni stol-stullar, divanlar və mətbəx avadanlıqları daxildir.
Obyekt isti döşəmə, mərkəzi kondisioner və yenilənmiş havalandırma sistemi ilə təmin olunub. Zallar və kabinetlər üçün kondisioner, kombi və havalandırma sistemləri ayrılıqda quraşdırılıb.
Hazır biznesə başlamaq üçün ideal fürsətdir — personalınızı yığın və fəaliyyətə başlayın.
Qeyd: İlk 3 ayın icarə haqqı əvvəlcədən ödənilməlidir. 6 ay öncədən ödəniş edənlərə xüsusi endirim nəzərdə tutulur.
Ətraflı məlumat üçün hər gün saat 02:00-dək zəng edə bilərsiniz. Ofis haqqı 30% təşkil edir.